ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı
30 xanım tələbəyə təqaüd veriləcəkÖlkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb.
ABB və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.
Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə təqaüd “Natəvan təqaüdü” adlandırılıb.
Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarına daxildir.
Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulur.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi “Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır”.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: “Dövlət rəhbərimiz Qarabağ Universiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 5 saat əvvəl
-
6 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
7 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























