"Bank of Baku" 20 milyon manatdan çox xalis mənfəət açıqladı
"Bank of Baku" ASC 2024-cü ilin 9 ayını 20 milyon 35 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 24 milyon 317 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətdə dəyişiklik, əsasən, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan (qayıdan) məbləğin azalması ilə əlaqədardır. Cari ilin 9 ayında "Bank of Baku" daha da böyüyüb, kredit portfeli və gəlirləri artıb.
FAİZ VƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank of Baku"nun faiz gəlirləri 2023-cü ilin 9 ayında 94 milyon 117 min manat ikən, 2024-cü ilin 9 ayında 112 milyon 615 min manata yüksəlib (18 milyon 498 min manat və ya 19,6% artıb). Bankın qeyri-faiz gəlirlər isə 3 milyon 394 min manat və ya 35,2% artaraq 13 milyon 11 min manat təşkil edib.
2024-cü ilin yanvar-sentyabr dövründə "Bank of Baku"nun əməliyyat mənfəəti 23 milyon 249 min manat təşkil edib (2023-cü ilin eyni dövründə 24 milyon 168 min manat). 2024-cü ilin 9 ayı ərzində Bankın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 21 milyon 892 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 22 milyon 811 min manat artıb.
Bankda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğ 2023-cü ilin 9 ayındakı 9 milyon 383 min manata qarşılıq, 2024-cü ilin 9 ayında 3 milyon 276 min manat təşkil edib (2,9 dəfə azalıb).
KREDİT PORTFELİ BÖYÜYÜB
2024-cü ilin 9 ayında"Bank of Baku"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 91 milyon 561 min manat və ya 13,9% artaraq 30 sentyabr 2024-cü il tarixində 750 milyon 604 min manata çatıb. Bank ötən ilin sonunda 659 milyon 43 min manat kredit portfelinə malik idi.
CƏMİ AKTİVLƏRİ 920 MİLYON MANATA YAXINLAŞIB
2024-cü ilin 9 ayında "Bank of Baku"nun cəmi aktivləri isə 48 milyon 625 min manat və ya 5,6% artaraq 919 milyon 514 min manata yüksəlib.
ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN BANKDA SAXLADIĞI PULLAR ARTIB
2024-cü ilin 9 ayında "Bank of Baku"da cəmi depozitlər 55 milyon 569 min manat artaraq 571 milyon 336 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 41 milyon 957 min manat artaraq 517 milyon 636 min manata, hüquqi şəxslərin depozitləri isə 13 milyon 612 min manat artaraq 53 milyon 701 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2024-cü il tarixində "Bank of Baku" 146 milyon 64 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 140 milyon 501 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)











.jpg)