"Yelo Bank"ın xalis mənfəəti 2,5 dəfə artıb - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI

"Yelo Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 35 milyon 63 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 13 milyon 796 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2024-cü ilin 9 ayı ərzində 2023-cü ilin 9 ayı ilə müqayisədə 2,5 dəfə və ya 21 milyon 267 min manat artıb.
Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
"Yelo Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayı ərzində 80 milyon 969 min manat ikən, 2024-cü ilin 9 ayı ərzində 112 milyon 856 min manat yüksəlib (31 milyon 887 min manat və ya 39,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 3,4 dəfə artaraq 24 milyon 395 min manat təşkil edib (ötən ilin 9 ayında 7 milyon 174 min manat təşkil etmişdi).
2024-cü ilin 9 ayı ərzində "Yelo Bank" tərəfindən müştərilərə verilmiş kreditlər (cəmi kredit portfeli) 133 milyon 589 min manat və ya 17,5% artaraq 897 milyon 898 min manata çatıb.
BANK KİÇİLİB
Depozit portfelinin azalması ilə əlaqədar olaraq "Yelo Bank"ın cəmi aktivləri 388 milyon 722 min manat azalaraq 1 milyard 177 milyon 731 min manata düşüb. 31 Dekabr 2023-cü il tarixində Bankın cəmi aktivləri 1 milyard 566 milyon 452 min manata çatmışdı.
ŞİRKƏTLƏRİN BANKDAKI VƏSAİTLƏRİ BÖYÜK MƏBLƏĞDƏ AZALIB
Ötən ilin sonu ilə müqayisədə cari ilin 9 ayı ərzində "Yelo Bank"da cəmi depozitlər 450 milyon 497 min manat azalaraq 841 milyon 527 min manata düşüb (ötən ilin sonunda 1 milyard 292 milyon 23 min manata təşkil etmişdi). O cümlədən, hüquqi şəxslərin depozitləri 516 milyon 566 min manat azlaraq 204 milyon 29 min manata geriləyib, fiziki şəxslərin depozitləri 66 milyon 70 min manat artaraq 637 milyon 497 min manata yüksəlb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2024-cü il tarixində "Yelo Bank" ASC 139 milyon 985 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 109 miylon 762 min manat məcmu kapitala malik idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 8 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
