“akart” geniş fəaliyyətə başladı!
Yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalar hər an, hər yerdə və hamı üçün əlçatandır!
Azercell-in törəmə şirkəti “A-Solutions Elektron Pul Təşkilatı” MMC “akart”ın fəaliyyət spektrini genişləndirir. Yeni nəsil maliyyə həlli nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün də bu xidməti hər an və hər yerdə əlçatan edir.
Azercell-in qabaqcıl müştəri təcrübəsi və innovativ yanaşmasını özündə birləşdirən “akart” 18 yaşı tamam olmuş hər bir vətəndaşa tamamilə ödənişsiz təqdim edilir.
“akart”ın üstünlükləri:
Maliyyə inklüzivliyi: hər kəs üçün əlverişli və geniş yayılmış maliyyə həlləri;
İnnovativ yanaşma: sadə və təhlükəsiz rəqəmsal maliyyə əməliyyatları;
Müştəriyönümlülük: sürətli, asan və intuitiv istifadə təcrübəsi;
Tərəfdaş şəbəkəsi: geniş partnyor ekosistemi ilə hər kəsə müxtəlif ödəniş və xidmət seçimləri təklif etməklə yanaşı, keşbek qazandırır;
Giqabayt bonuslar: hər ödənişdən aylıq giqabayt əldə etmək imkanı;
“Tamamla” kredit məhsulu: balansda kifayət qədər vəsait olmadığı halda belə ödənişi həyata keçirmək imkanı;
Təhlükəsizlik: maliyyə vəsaitləri təmassız ödənişlər (Apple Pay və Google Pay) və giriş şifrəsi, üz və barmaq izi tanıma kimi güclü təhlükəsizlik tədbirləri ilə qorunur.
Kartın aktivasiya prosesi çox rahatdır və cəmi bir neçə dəqiqə vaxt tələb edir. Həm IOS, həm də Android sistemlərini dəstəkləyən müştəri-yönümlü “akart” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür. Daha sonra müvafiq xanalarda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Sima” ilə sürətli autentifikasiyadan keçmək kifayət edir. Kart yalnız Azercell abunəçiləri tərəfindən sifariş edilə bilər.
Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC ölkənin ilk elektron pul təşkilatıdır və 23 may 2024-cü ildən etibarən AR Mərkəzi Bankının 001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Yeni nəsil maliyyə həllinin məqsədi nağdsız əməliyyatları vərdiş halına gətirmək və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir.
“akart” ilə ödənişlərin rahatlığını kəşf et: innovativ, sürətli və təhlükəsiz!
Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün akart səhifəsinə keçid etməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 29 d. əvvəl
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku"nun mənfəəti kəskin artıb
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Bank “BTB” maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir
