“Bakı Sığorta” şirkətinin İcbari Sığorta Bürosunda iştirakına xitam verilib
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılmışdır.
İcbari Sığorta Bürəsunun yaydığı məlumatda bildirilir ki, qQanunvericiliyin tələbləri nəzərə alınmaqla Büronun informasiya sistemində sığortaçının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”(AVSMMİS), “Daşınmaz əmlakın icbari sığortası” (DƏİS) və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılmışdır.
"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-nin AVSMMİS, DƏİS və DƏMMİS növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılmışdır.
Qanunun 105.4-cü maddəsinə əsasən sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növləri üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirməlidir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





