“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
(®) Ötən həftənin son ticarət günündə Amerikada proqnozların çox üzərində açıqlanan əmək bazarı, xüsusilə də “NFP” hesabatı fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı.
Həmçinin, Avrozonada və Almaniyada azalan inflyasiya, eləcə də, həm sənaye, həm də xidmət sekrotlarında zəifləyən Biznes Aktivliyi İndeksi göstəricilərinin dərcindən sonra EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0950 və 1.3070 hədlərinə kimi kəskin ucuzlaşdı.
Keçən həftə ərzində 141.640 yen həddinə qədər ucuzlaşan USD/JPY məzənnəsi də, cümə günü Amerikada artımla açıqlanan əmək bazarı göstəricilərindən sonra kəskin bahalaşdı və həftəlik şamını 148.660 yen səviyyəsində bağladı.
Bu həftə ərzində, bütün diqqətlər çərşənbə günü Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokollarına, cümə günü Amerikada açıqlanacaq istehlak və istehsal qiymətlərində inflyasiya göstəricilərinə (CPİ, PPİ) yönələcək.
Bundan başqa, İngiltərədə açıqlanacaq ÜDM-in həcmi, Almaniyada İstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu və Yeni Zellandiya Mərkəzi Bankının faiz qərarı kimi mühim iqtisadi göstəricilər bu həftənin iqtisadi təqvimində yer alır.
EUR
Cari həftə ərzində Almaniyada CPİ, Ticarət Saldosu göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1150 səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.1210 həddini test etsə də, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda kəskin ucuzlaşdı və həftəlik şamını 1.0970 həddində bağladı.
“Buğalar” qiyməti 1.10$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası bərpa edilə bilər.
GBP
Keçən həftəyə 1.3360 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3420 həddinə kimi bahalaşsa da, həftənin son ticarət günündə ucuzlaşdı və həftəlik şamını 1.3110 səviyyəsində tamamladı.
Cari həftə ərzində İngiltərədə dərc olunacaq ÜDM-in və sənaye istehsalınının həcmi, eləcə də, Ticarət Saldosu gösətəriciləri funt-sterlinqin dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
“Buğalar” qiyməti 1.32$ həddinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
OİLUK
Ötən həftəyə 72.50$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində 70.66$-a kimi ucuzlaşsa da, Yaxşın Şərqdə gərginliyin artması, İran və İsrail arasında hərbi ritorikanın yüksələn xəttlə davam etməsi fonunda “qaraq qızıl” 79.90$-a kimi bahalaşdı.
Həftəlik şamını 78.70$-da bağlayan OİLUK-də “buğalar” qiyməti 80$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Keçən həftəyə 2660$ həddində start verən qızıl 2625$-a kimi ucuzlaşsa da, artan geosiyasi risklər səbəbilə “güvənli liman” missiyasını davam etdirdi. Həftə ərzində 2673$-a kimi bahalaşan “sarı metal” həftənlik şamını 2653.60$ səviyyəsində bağladı.
“Buğalar” qiyməti 2650$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
35 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
1 saat əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Ən çox oxunanlar
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti



















