Ziraat Bank Azərbaycan uşaqlar üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə eko maarifləndirmə turu təşkil edib
(®) Ziraat Bank Azərbaycan növbəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Bank əməkdaşlarının məktəbli övladları ilə birlikdə “Təmiz Şəhər” ASC-nin təsərrüfat obyektlərinə maarifləndirici tur təşkil edib.
“Eko maarifləndirmə səfəri” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici turun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna toxunaraq, Bakıda keçiriləcək COP29 tədbiri öncəsi uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdir. Tur iştirakçıları öncəliklə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi prosesini əyani şəkildə izləyiblər. Qurumun əməkdaşları tərəfindən qeyd olunub ki, zavodda çeşidlənən tullantılar, Balaxanı Sənaye Parkının rezidentlərini və təkrar emalla məşğul olan digər sahibkarları xammal ilə təmin etmək məqsədilə onlara yönləndirilir. Tur çərçivəsində uşaqlara tullantıların doğru çeşidlənməsi haqqında məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb və uşaqlarla fikir mübadiləsi aparılıb. Uşaqlara təkrar emala yararlı olan tullantıların çeşidlənməsinin önəmi vurğulanıb.
Tullantıların çeşidlənməsi hesabına təkrar emalın həcminin artdığı vurğulanaraq, bu prosesdə cəmiyyətin hər bir üzvünün aktiv iştirakının vacib olduğu xüsusi olaraq bildirilib. Sonda tur iştirakçılarına məlumatlandırıcı bukletlər və kiçik hədiyyələr təqdim edilib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
25 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
42 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI




















