Azərbaycanın broyler şirkətləri quşçuluğun problemlərini Almaniya və Türkiyə mütəxəssisləri ilə müzakirə ediblər
“Broyler toyuqlarının qısa zamanda yığdığı bu qədər çəki sağlam ola bilərmi?” Azərbaycanın quş əti istehlakçılarını daim maraqlandıran bu suala Bakıda “Müasir quşçuluqda yemləmə problemləri” mövzusunda keçirilən görüşdə cavab verilib.
Yem əlavəsi və baytarlıq preparatları istehsalında Avropa nəhəngi olan “Miavit” brendinin Azərbaycandakı təmsilçisi “Provet Solutions” şirkətinin ekspertləri bildiriblər ki, yüksəkkeyfiyyətli yem qatqıları ilə mütəxəssislərin tərtib etdiyi balanslı yem rasionları, həmçinin düzgün idarəetmə qaydalarına riayət etməklə tam təbii yolla ev quşlarının qısa zamanda sağlam çəki yığması mümkündür.
Almaniyalı ekspert Djanet Holthaus bildirib ki, quşların mədə-bağırsaq sistemi bədən ölçüsünə nisbətdə çox qısadır. Buna görə də quşlara tez həzm olunan və hərəkətə imkan yaradan, tərkibində az kal lif olan qidalar verilməlidir. Xüsusi tərtib olunmuş qida tez həzm olunaraq quşların çəki artımına imkan yaradır. Ekspert quşların həzm orqanlarının sağlamlığını təmin edən elementlər, fitogen məhsullar və yeni nəsil enzimlər barədə danışıb. Almaniyalı mütəxəssis doğru olmayan qidanın yaratdığı problemlərə də diqqət çəkərək, broyler və ev quşlarının sağlam bəslənməsi üçün “Miavit” şirkətinin yem və yem əlavələrində müxtəlif qidalı elementlər balansının necə qorunduğu barədə ətraflı məlumat çatdırıb.
Görüşdə digər ekspertlər – “Miavit” şirkətinin Yaxın Şərq üzrə bölgə müdiri Ertaç Yiğit, “Provet Solutions” şirkətinin rəhbəri Ali Levent Özel, Türkiyə Ege Universitetinin Heyvandarlıq kafedrasının müdiri doktor Hakan Bayraktar, “Miavit” Türkiyə şöbəsindən Kudret Ürer də müxtəlif mövzularda təqdimat edib. Görüşdə həmçinin “Havalandırma, işıqlandırma və idarəetmənin quşçuluqda rolu”, “Mikotoksinlərə nəzarət və maye məhsullar” mövzularına da diqqət ayrılıb.
Qeyd edək ki, “Miavit” şirkətinin məhsulları Azərbaycanda 2021-ci ildən etibarən təqdim olunur və quşçular arasında böyük etibar qazanıb. “Provet Solutions” hər ay Azərbaycana xaricdən baytar həkim və zootexniklər gətirərək, onları yerli fermerlərlə görüşdürür, fermerlərin səsləndirdiyi problemlərə professional həllər təklif edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)


.jpg)







