İstanbulda İslam Bankçılığı Təlimi başlayıb
Azərbaycan Respublikasında islam bankçılığı kimi alternativ maliyyələşdirmə alətlərinin tətbiqi imkanları, perspektivləri öyrənilməkdədir.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il “Maliyyə sektorunun inkişaf strategiyasında” yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu çərçivəsində məsələlərin icrası və McKinsey şirkəti tərəfindən hazırlanan “Sosial iqtisadi inkişafın maliyyələşməsi” layihəsində qeyd edilən alternativ maliyyələşdirmə imkanlarının araşdırılması, eyni zamanda AMB tərəfindən islam bankçılığı ilə əlaqədar yaradılan İşçi Qrupu və s. fəaliyyətlərin davamı olaraq 16 sentyabr 2024-cü il tarixindən etibarən İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb.
5 gün, sentyabrın 20-dək davam edəcək təlim Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının, Türkiyə Banklar Birliyinin (TBB) və Türkiyə Katılım Bankları Birliyinin (TKBB) təşkilatçılığı ilə, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) dəstəyi ilə keçiriləcəkdir. Təlim Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan hüquqşünas, komplayens və satış sahəsi üzrə rəhbər şəxslər üçün nəzərdə tutulub.
Xatırladılıb ki, cari ildə ABA rəhbər heyəti Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmiş və maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması mövzuları eyniadlı konfransda müzakirə edilmişdir.
Bundan əlavə, ABTC təşkilatçılığı, ABA dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.
Qeyd edilib ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 d. əvvəl
-
23 d. əvvəl
“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azər-Türk Bank hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət əldə edib
-
4 saat əvvəl
Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
“AS Group” “Baku Build” və “Rebuild Karabakh” sərgisində iştirak edib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində
Son Xəbərlər

Kredit şirkəti illik 15 faizlə 2 milyon manat borc alır

“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib

Dövlət bankı “Azər-Türk Bank” maliyyə vəziyyətini açıqladı

21 bank mənfəət açıqladı - SİYAHI

Bakı Ali Neft Məktəbi və “PAŞA Kapital” anlaşdı
Ən çox oxunanlar

“Xalq Bank” daha da böyüyüb, əməliyyat gəlirləri artıb

FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində

Energetiklərə özəl 70 000 manatadək kredit - KOMİSSİYASIZ
.png)
Bakcell-in şansı paketləri ilə sən də avtomobil qazan!

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!

Expressbank: Aktivləri, kredit portfeli və faiz gəlirləri artıb

"Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli ola bilər"
