Coca-Cola Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib
(®) Coca-Cola Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi, “EcoHub” İctimai Birliyinin təşəbbüsü ilə plastik tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni ekoloji layihəyə start verilib.
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunması və təkrar emalını təşviq edərək ətraf mühitin qorunmasına və təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir.
“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəz Hüseynova bildirib ki, layihə əhalini təkrar emala təşviq etmək üçün növbəti imkandır: “Bildiyiniz kimi, plastik tullantıların təbiətdə yox olması yüz illərlə vaxt tələb edir. Plastiklərin təbiətə təsirini azaltmaq və təkrar emalı dəstəkləmək üçün tərəfdaşlarımız ilə birgə yeni layihəyə başlamışıq. Paytaxtda əhalinin sıx məskunlaşdığı dörd ünvanda plastik tullantılar üçün təkrar emal qutuları yerləşdirmişik. Toplanan plastiklər mütəmadi olaraq təkrar emal müəssisələrinə yönləndirilir və beləliklə təbiət mühafizə olunur”.
Layihə müddətində “Bravo” hipermarketlərinin (“Koroğlu” m/s,“20 yanvar” m/s, Əhmədli qəsəbəsi, Babək prospekti) qarşısında yerləşdirilmiş təkrar emal konteynerləri vasitəsilə plastik tullantıların toplanması təmin edilir. Bu konteynerlər, müştərilərin istifadə etdiyi plastik qablaşdırma materiallarını və digər plastik tullantıları təkrar emal üçün təhvil vermələrini asanlaşdırır. Belə ki, vətəndaşlar rahatlıqla plastik tullantıları gətirib göstərilən ərazilərdə olan xüsusi dizayn edilmiş təkrar emal qutularına ataraq aksiyada iştirak edə bilərlər.
Layihənin əsas dəstəkçisi olan Coca-Cola şirkətinin Avrasiya üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev layihə çərçivəsində plastik tullantıların təkrar emalının əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin də görüldüyünü deyib: “Sevindirici haldır ki, Coca-Cola və “EcoHub”ın “Tullantısız Dünya” şəbəkəsi genişlənir. Artıq “Bravo” hipermarketləri də bu təşəbbüsə qoşulur. İnanırıq ki, ekoloji layihələrimizə dəstək olanların sayı bundan sonra da çoxalacaq”.
Qeyd edək ki, Coca-Cola özünün “Tullantısız Dünya” proqramı çərçivəsində 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Bu istiqamətdə Azərbaycanda bu günə qədər “Təmiz Ölkəm”, “Sıfır tullantı”, “HORECA Collection”, “Xəzəri Qoruyaq” kimi layihələrə dəstək olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)





.jpg)






