Azərbaycan iqtisadiyyatı "qaza basacaq" - Yeni proqnozlar
“Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
“S&P”nin mütəxəssislərinin rəyinə əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artım bərpa olunacaq. ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq:
“Proqnozların bu səviyyədə olması “Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi istehsalın artmasına səbəb olacaq”.
“S&P”nin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq. Azərbaycanda 2016-cı ildə 12,4 faiz olan orta illik inflyasiya bu il 9 faizədək geriləyəcək, 2018-2020-ci illərdə də inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. İllik inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-2020-ci illərdə isə 5 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Agentliyin hesabatında göstərilir ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq, belə ki, 2017-ci ildə ÜDM-in 12,3 faiz, 2018-ci ildə 12,7 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər olacaq.
“S&P” hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan kəsir ÜDM-in 3,2 faizini təşkil edəcək. Bununla belə, gələn il dövlət büdcəsinin profisiti ÜDM-in 1 faizinə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5 faizini təşkil edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























