159 yaşlı bankın tarixində dönüş nöqtəsi ola bilər
HSBC xərcləri azaltmaq üçün kommersiya bankı və investisiya bankı bölmələrini birləşdirməyi düşünür."HSBC Holdings Plc", üst-üstə düşən funksiyaları aradan qaldırmaq və şirkət daxilində xərcləri azaltmaq üçün kommersiya və investisiya bankı bölmələrini birləşdirməyi düşünür. Bu, yeni Baş Direktor Georges Elhedery-nin təşəbbüsünün bir hissəsidir.
Marja xarici mətbuata istinadən xəbər verir ki, birləşmə bankın xəzinəsinə hər il təxminən 40 milyard dollar töhfə verəcək, bu da onu bankın ən böyük gəlir mənbəyinə çevirəcək. Bundan əlavə, birləşmə ilə 90 mindən çox işçi qüvvəsi bir araya gələcək.
Adının çəkilməsini istəməyən mənbələr yekun qərarın hələ verilmədiyini və restrukturizasiyada hələ də dəyişiklik ehtimalının olduğunu bildirib.
Mənbələrə görə, HSBC rəhbərliyi bundan əvvəl kommersiya və investisiya bankçılığı bölməsini birləşdirməyi düşünmüşdü, lakin keçmiş baş direktor Noel Quinn bu qərara qarşı çıxmışdı.
Livan əsilli yeni baş direktor Elhedery əvvəllər bankın ən mühüm bazarı olan Honq Konqda baş direktor vəzifəsində çalışıb. Georges Elhedery-nin birləşməyə nail olmaqla 159 yaşlı bank nəhənginə öz möhürünü vurmaq istədiyini də göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)






