ABB avtomobil bazarı ilə bağlı hesabat təqdim etdi
ABB avtomobil bazarı ilə maraqlanan hər kəs üçün faydalı olacaq geniş bir hesabat yayıb.
Hesabat “Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlanır. Burada son 5 il üzrə dünyanın və Azərbaycanın avtomobil sektorunda özünü göstərən əsas meyllərin təhlili aparılıb. 2023-cü ildə ölkəmizdə hər 1000 nəfərə 171 avtomobil düşüb. Son beş ildə “Lada”, “Mercedes-Benz”, “Hyundai” və “Toyota” markaları Azərbaycanda qeydiyyatda olan avtomobillər siyahısında ilk dördlükdə yer alıb. 2023-cü ildə Azərbaycana gətirilən avtomobillərin idxal miqdarı 28%, idxal dəyəri 79% artıb. 2023-cü ildə ölkəyə daxil olan hibrid avtomobillərin sayında 2022-ci illə müqayisədə 24.4%, elektrik avtomobillərinin sayında isə 5 dəfə artım baş verib. Ötən il elektrik avtomobillərinin idxal dəyərində də 6 dəfə artım müşahidə edilib.
Hesabatda ölkəmizdə ikinci əl avtomobil bazarı ilə bağlı da ətraflı araşdırmalar var. Ölkədə istifadə edilən avtomobillərin 58%-i istehsal tarixi 15 ildən az olan avtomobillərdir. İkinci əl avtomobil bazarının əsas markaları VAZ-2107, “Opel Astra”, VAZ 2106, “Kia Sorento”, “Hyundai Elantra”, “Hyundai Santa Fe”, “Hyundai Sonata”, “Chevrolet Cruze”, “Ford Transit”, “Mercedes E 220d” markalarıdır.
Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatlarını bölüşüb.
Hesabatlarla buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







