BOKT "Caspian İnvest" MMC qarşıya qoyduğu məqsədlərdən birini də icra etdi

(®) BOKT “Caspian İnvest” MMC-nin Şirvan filialı fəaliyyətə başlayıb.
BOKT Mərkəzi Bankın 28.09.2004-cü il tarixində təqdim etdiyi 164-QB nömrəli lisenziyasına əsasında fəaliyyət göstərir. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır.
2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilər və rəhbərliyin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır. Şirkət önünə qoyduğu məqsədlərdən birini də həyata keçirdərək 06 iyul 2024-cü il tarixində BOKT-un Şirvan şəhərində yerləşən “Şirvan” filialının açılışını etmişdir.
Hal-hazırda BOKT-un Ağdam, Füzuli, Siyəzən, Xaçmaz, Binəqədi, Tovuz, Ucar, Ağdaş rayonlarında və Şəki şəhərində yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.
BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə və xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə biznes kreditləri, lizinq, istehlak kreditləri və qızıl təminatlı kreditlər daxildir.
BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri cənab Salmanov İbrahim Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyir. Onlara daha sərfəli şərtlərlə xidmət göstərilməsi nəzərdə tutulur”.
Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək yeni filial açılışını minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 28 d. əvvəl
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku"nun mənfəəti kəskin artıb
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Bank “BTB” maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir
