Mərkəzi Bank “Birbank”dakı yeni imkan barədə məlumat yayıb
“Birbank”da Ani Ödənişlər Sistemilə köçürmə etmək imkanı yaradılıbMərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində AÖS ilə köçürmə etmək imkanı yaradılıb. Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər. Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər.
Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN və s.) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























