Volkswagen-dən səs salacaq Almaniya qərarı
Almaniyanın avtomobil nəhəngi "Volkswagen"in artan xərclər səbəbindən Almaniyadakı bəzi zavodlarını bağlamağı planlaşdırdığı bildirilir.
Marja.az xəbər verir ki, gözlənilən bağlanma Almaniyada şirkətin 87 illik tarixində bir ilk olacaq.
Görüləcək tədbirlərə "Volkswagen" şirkətinin həmkarlar ittifaqları ilə məşğulluğu 2029-cu ilə qədər iş yerlərinin qorunması ilə bağlı müqaviləsinin ləğvi də daxildir.
“Bloomberg” agentliyi avtomobil istehsalçısına istinadən məlumat yayıb ki, "Volkswagen” şirkəti Almaniyadakı zavodlarını zərərlə işlədiyinə görə bağlamağı nəzərdən keçirir.
“İqtisadi vəziyyət daha da çətinləşib və Avropaya yeni oyunçular gəlir. Almaniya biznes məkanı kimi rəqabətqabiliyyətlilik baxımından getdikcə daha çox geri qalır”, - “Volkswagen”in baş icraçı direktoru Oliver Blume deyib.
Qeyd edilir ki, şirkət Almaniyada azı bir iri avtomobil istehsalı zavodunu və bir də ehtiyat hissələrin istehsalı ilə məşğul olan zavodunu bağlamağı planlaşdırır, həmçinin həmkarlar ittifaqları ilə 2029-cu ilə qədər iş yerlərinin qorunması ilə bağlı müqaviləni ləğv etməyə çalışır. Agentlik iddia edir ki, planlar təsdiq olunsa, bu, şirkətin 87 illik tarixində Almaniyada avtomobil zavodlarının bağlanmasına dair ilk hal olacaq.
“Volkswagen”də dünya üzrə təxminən 650 min işçi çalışır ki, onlardan 300 mini Almaniyadadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







