BYD qlobal avtomobil satışına görə Honda və Nissanı ötüb
Çinin aparıcı avtomobil istehsalçısı BYD bu ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın Honda Motor və Nissan Motor korporasiyalarını geridə qoyaraq dünyada yeddinci yerə yüksəlib.
Yaponiyanın Nikkei nəşri xəbər verir ki, BYD satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artırıb.
Nəşrin məlumatına görə, reytinqdə ilk beşlikdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə olunub. Xüsusilə, siyahıda birinci olan “Toyota Motor” şirkətinin satışları ötən ilin ikinci rübü ilə müqayisədə 4 faiz azalıb. İkinci yerdə qərarlaşan "Volkswagen" və üçüncü yeri tutan "Hyundai-KIA"nın satışlarında isə azalma müvafiq olaraq 4 və 1 faiz təşkil edib.
Qəzet vurğulayıb ki, BYD-nin nailiyyətləri qlobal avtomobil satışlarında mövcud qüvvələr balansını pozur və indi əsas vəzifə Çinin bazarda təsirinin kəskin artmasına cavab hazırlamaqdır.
Avropa Komissiyası artıq Çində istehsal olunan avtomobillərə artan rüsumların tətbiq olunduğunu elan edib. BYD elektromobilləri üçün bu, 17 faiz, Geely üçün 19,3 faiz, SAIC üçün isə 36,3 faiz olacaq. ÇXR artıq Ümumdünya Ticarət Təşkilatında bu qərara etiraz edərək, Avropa İttifaqı ilə məsləhətləşmələr üçün sorğu göndərib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)







