Dövlət Xidmətinin araşdırmalarına baxmayaraq, “Aztelekom” yeni tariflərini tətbiq etməyə başlayıb - AÇIQLAMA
“Aztelekom” MMC 15.08.2024 tarixindən etibarən yeni tariflərin tətbiq edəcəyini elan etmişdi. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni tariflərin "ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri" olduğunu əsas gətirərək Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Bəs bu araşdırma ilə əlaqədar “Aztelekom” 15.08.2024 tarixindən yeni tariflərin tətbiqini təxirə salıb?
Marja.az-ın soruğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, daima xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” MMC müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər tətbiq etməyə başlayıb.
Qeyd edilib ki, adıçəkilən araşdırma üçün bütün məlumatlar “Aztelekom” tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilib.
"Məlumat üçün bildirək ki, “Aztelekom” MMC tərəfindən ilk dəfə 2016-cı ildə 100 Mbit/s sürət 200 AZN-ə təklif edilib. Bu, genişzolaqlı internet infrastrukturunun məhdud çərçivədə olduğu dövrlərdə baş verib.
100 Mbit/s internet sürətinin ADSL texnologiyası üzərindən təqdim edilməsi qeyri-mümkündür. Bu səbəbdən vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network / Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir.
Ötən il Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olunub. Bu, müştərilərimizə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verir.
Bu ilin mart ayından etibarən ev təsərrüfatları və biznes subyektlərinə XGS-PON həlli vasitəsilə genişzolaqlı və yüksəksürətli internet və multimedia xidmətlərinin təqdim edilməsi üçün şəbəkənin qurulmasına başlanılıb. Belə ki 25G PON həlli eyni fiber-optik kabel üzərindən GPON və XGS-PON ilə birlikdə işləyəcək".
Qeyd edək ki, “Aztelekom” MMC tərəfindən də GPON tarifləri üzrə minimal tarif 18 manatdan 25 manata, internetin sürəti isə 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılıb. Belə ki, 100 Mbit/s internet 25 AZN-ə, 150 Mbit/s internet 30 AZN-ə, 250 Mbit/s internet cəmi 36 AZN-ə təklif olunur.
Əlavə edək ki, “Aztelekom”un GPON tarifləri üzrə müştəriləri iddia edirlər ki, 100 Mbit/s internet vəd edilsə də, sürət daha aşağı - 20-40 Mbit/s-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
13 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
13 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
13 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar





















.jpg)
