“Zil” restoranı Şəhidlər parkına çəkilən xətdən qeyri-qanuni su götürüb"
Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən Marja-ya verilən məlumata görə, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına 01.08.2024-cü il tarixində baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.
05.08.2024-cü il tarixində restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.
M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su sexi”nə 24.07.2024-cü il tarixində baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. 05.08.2024-cü il tarixində təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.
C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində 01.08.2024-cü il tarixində aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.
Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
9 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
9 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
10 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
