Gəncədə sənayenin vəziyyəti: 6 ayda 299 milyon manatlıq istehsal
2024-cü il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 299,0 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 66,5 milyon manatı və yaxud 22,2 faizi dövlət sektorunun sənaye müəssisələri, 232,5 milyon manatı və yaxud 77,8 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 231,6 milyon manatı və yaxud 87,3 faizi qeyri-dövlət sektoruna aid olmaqla 265,4 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 63,1 milyon manat qida məhsulları istehsalı, 8,6 milyon manat içki, 134,5 milyon manat metallurgiya sənayesi məhsulları, 33,8 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 25,4 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində 43,7 min ton un, 14,2 ton makaron, 108,7 min dekalitr araq, 67,7 min dekalitr şərab, 308 ədəd traktor, 134 ədəd MAZ yük avtomobili, 8380,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 602 ədəd elektron, 222857 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-iyun ayları ərzində 20,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
34 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
38 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib















.jpg)



