İranda HƏMAS liderinin öldürülməsi xəbəri ilə neft qiymətləri 1%-dən çox artdı
HƏMAS lideri İsmayıl Haniyə İsrailin İranın paytaxtında endirdiyi zərbə nəticəsində öldürülüb. Yaxın Şərqdə gərginliyin artacağına dair məlumatlardan sonra çərşənbə günü neft qiymətləri Asiya ticarətində kəskin yüksəlib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Brent neftinin fyuçersləri 1,4% artaraq barreli 79,72 dollara, Qərbi Texas markalı neftin fyuçersləri isə 1,2% artaraq 75,95 dollara çatıb.
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda İsrailin endirdiyi raket zərbəsi nəticəsində öldürüldüyünü bildirib. Bu hadisə, İran və İsrail arasında gərginliyin yenidən artması ilə nəticələnə bilər.
Haniyənin öldürülməsi xəbəri, xüsusilə İsrailin çərşənbə axşamı Livanda yerləşən, İranın dəstəklədiyi silahlı qruplaşma Hizbullaha qarşı zərbələr endirməsindən sonra Yaxın Şərqdə genişmiqyaslı müharibə qorxusunu daha da artırıb.
İsrail tərəfindən zərbələr həftə sonu İsrailin işğalı altında olan Qolan Təpələrinə endirilən raket zərbəsinə cavab olaraq həyata keçirilib. İsrail çərşənbə axşamı hücumda Hizbullahın böyük komandirini öldürdüyünü iddia edib.
Treyderlərin daha böyük Yaxın Şərq münaqişəsinin neftlə zəngin regiondan neft tədarükünü çətinləşdirəcəyindən narahatdırlar.
İsrail və Həmas arasında atəşkəs əldə etmək üçün ABŞ və BMT-nin səyləri indiyədək az nəticə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
2 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
3 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Yardım yoldadır”
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu























