Vergi Xidməti sadələşdirilmiş vahid bəyannamə sistemindən istifadəyə çağırır
Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən vergi ödəyiciləri cari ilin 2-cü rübü üzrə vergi və sosial sığorta hesabatlarını təqdim edirlər. Prosesin asanlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu sahədə vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə sisteminin sadələşdirilmiş interfeys formasında ödəyicilərin istifadəsinə verilməsidir.
DVX-nin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” forması vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinə xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Vahid bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot-baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurulur. Daha sonra vergi ödəyicilərinə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklərin yaranması idi. Belə halların aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəticəsində bu mexanizm tətbiq edilib.
N.Vahabzadənin sözlərinə görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsinin tətbiqi vergi ödəyicilərinə dəstək məqsədi daşıyır. Üstəlik, bəyannamə vergi orqanları tərəfindən tərtib edilsə də, məlumatları vergi ödəyicisi özü təsdiqləyir. Buna görə də qeyri-dəqiqliklərin əks olunması mümkün deyil. Bu sistem beynəlxalq təcrübədə də tətbiq edilir və vergi ödəyən şəxslər tərəfindən innovativ mexanizm kimi qəbul edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
20 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























