Son sözünü deyib, özünü təqsirli bilməyib, əfv edilməsini istəyib
Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov məhkəmədə son sözünü deyib.
Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib. O, özünü qismən günahkar bilsə də, bir çox maddələrdə özünü təqsirli bilməyib və hakimdən onun əfv edilməsini istəyib. Həmçinin ona ittiham olunan dövlətə vurulan zərərin tam ödənildiyinin nəzərə alınmasını da xahiş edib.
Məhkəmənin qərarı ilə növbəti proses iyunun 24-nə təyin olunub.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























