Azərbaycanın ixracı azalıb, idxalı artıb- SALDO KƏSKİN DÜŞÜB
2024-cü ilin yanvar-may dövründə (ilk 5 ayda) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 18 milyard 439 milyon 272 min ABŞ dolları təşkil edib (2023-cü ilin eyni dövründə 22 milyard 953 milyon 74 min ABŞ dolları).
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, ilk 5 ayda Azərbaycanın ixracı 11 milyard 138 milyon 581 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 16 milyard 114 milyon 333 min ABŞ dolları), idxalı 7 milyard 300 milyon 691 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 6 milyard 838 milyon 741 min ABŞ dolları) təşkil edib. Beləliklə, Azərbaycanın ixracı azalıb, idxalı artıb.
Nəticədə xarici ticarətin müsbət saldosu 2023-cü ilin ilk 5 ayında 9 milyard 275 milyon 591 min dollar ikən, 2024-cü ilin ilk 5 ayında 3 milyard 837 milyon 890 min dollara düşüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 5 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 6 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır

















