“Bazar Biliyi və Bazara İnamın artırılması” mövzusunda seminar keçirilmişdir
4 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Bazar Biliyi və Bazara İnamın artırılması” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin rəhbərləri iştirak etmişdir.
AFBİA-nın yaydığı məlumatda bildirilir ki, seminar, BBDO, BAT, Boots və BASF Pharma qlobal şirkətlərində 25 ildən yuxarı top menecment və konsaltinq təcrübəsinə malik cənab Turxan Mahmudov tərəfindən keçirilmişdir.
Cənab Mahmudov Azərbaycan da daxil olmaqla Böyük Britaniya, Almaniya, Belçika, Rusiya və Orta Asiyanın 50-dən çox özəl və dövlət şirkətlərinin yüksək səviyyəli layihələrində konsaltinq və məsləhət xidməti göstərmişdir. O, həmçinin kapitalın və aktivlərin idarə edilməsi, bank xidməti sahələri də daxil olmaqla maliyyə xidmətləri sahəsində böyük təcrübəyə malikdir.
Turxan Mahmudov seminar zamanı kapital bazarına inamın artırılması üçün həyata keçirilməsi mümkün olan strateji dəyişikliklər, bu sahə üzrə beynəlxalq təcrübə, eləcə də yerli kapital bazarının cari vəziyyəti haqqında geniş təqdimatla çıxış etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















