Yeni qaydalar təyin etməyə qadir 2 Çin brendi artıq rəsmi olaraq Azərbaycanda
Keyfiyyət və Qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda.
Çin avtomobil sənayesinin nəhənglərindən olan Wuling və JMC avtomobil brendlərinin ölkəmizdə rəsmi təqdimat mərasimi keçirilib.
Marja.az xəbər verir ki, mayın 30-da baş tutan mərasimdə incəsənət nümayəndələri, avtomobil sektorunun sayılıb-seçilən simaları və media nümayəndələri iştirak ediblər.
Hər iki avtomobil brendinin ölkəmizdə rəsmi distributoru Ram holdinq şirkətlər qrupuna daxil olan IMotors MMC -dir.
Wulling avtomobil brendi haqqında
Wuling, SAIC və General Motors və Quansi Avtomobil Qrupunun birgə fəaliyyəti əsasında qurulmuş bir avtomobil brendi olaraq, Çində və dünya bazarında əhəmiyyətli uğurlara imza atmışdır. Şirkət, 2023-cü ildə Çin avtomobil bazarında satışa görə 7-ci yerdə qərarlaşmışdır. Elektrik avtomobillərinin satışında isə 4-cü yerdə yer almışdır. Bu uğurlar, markanın müştərilərin ehtiyaclarını qarşılayan və əlverişli qiymətlərlə təklif edən məhsullar yaratma siyasətinin nəticəsidir.
Ölkəmizdə Wuling brendinin 3 modeli artıq satışa təqdim olunub. Wuling STARLIGHT, Wuling ASTA və tam elektrikli Wuling BINGO.
Orta ölçülü sedan olan Plug-in Hybrid Wuling STARLIGHT modeli, dizayn baxımından müasir və zərif bir görünüşə malikdir. Avtomobilin uzunluğu 4835 mm, eni 1860 mm, hündürlüyü 1515 mm və təkər bazası 2800 mm-dir. Baqaj həcmi isə 540 litr təşkil edir. Avtomobil 106 at gücündə 1.5 litrlik turbo mühərrik və 177 at gücündə elektrik mühərriklə təchiz olunub. Bu model 100 kilometr/saat sürətə cəmi 7.9 saniyəyə çatır və yanacaq sərfiyatı 4 litrdən azdır.
Wuling BINGO modeli isə markanın ən yeni tam elektrikli avtomobilidir və xarici görünüşündə cazibədarlığı ilə seçilir. Xrom detalları, retro dizaynı və həmçinin ön və arxa faraların xüsusi dizaynı ilə diqqət çəkir. Avtomobilin arxa yük bölümü ən praktik xüsusiyyətlərindən biridir. Baqaj həcmi 310 litrdir, bu da adi bir sedandan 100 litr daha çoxdur. Dərinliyi sayəsində çox sayda əşyanı rahatlıqla yerləşdirmək mümkündür. Avtomobil gənc işgüzar xanımların seçimi olmağa namizəddir.
İdarəetmə performansı, genişlik və rahatlıq baxımından üstün xüsusiyyətləri olan Wuling ASTA modeli isə kompakt SUV segmentində olduqca rəqabətcil bir qiymətlə təklif olunur. Avtomobil 2.0, 4 silindirli sadə hibrid mühərriklə təchiz olunub. Sıfırdan 60 km/saata qədər sürətlənmə vaxtı 3.2 saniyədir. Şəhərdaxili istifadə zamanı yanacaq sərfiyyatı 4.6 litrdi.
Qeyd edək ki, Wuling avtomobil modellərinə 4 il 100000 km istehsalçı zəmanəti verilir.
JMC avtomobil brendi haqqında
JMC 1993-cü ildə təsis edilmiş və Çində ilk 500 şirkət sırasına daxil olmuşdur. Yüngül kommersiya vasitələri və pikap avtomobillərinin istehsalı və ixracı üzrə ixtisaslaşmış şirkət, avtomobil sənayesinin nəhənglərindən olan FORD və ISUZU korporasiyaları ilə birgə istehsal müəssisələrinə sahibdir.
Son illərdə Ford ilə strateji əməkdaşlıq sayəsində JMC şirkəti sürətlə inkişaf etmiş və Çin pikap avtomobil bazarında əhəmiyyətli uğurlar əldə etmişdir. Şirkət, yüksək keyfiyyətli pikap modelləri ilə geniş təriflər qazanmış və satışlarını daima artırmışdır. Xüsusilə, JMC pikap modellərinin qiymət-performans nisbəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Şirkət, hazırda Çin pikap avtomobil satışında ikinci yerdədir.
Artıq JMC pikap modellərinin satışına ölkəmizdə start verilmişdir. IMotors MMC-nin rəsmi distribütorluğu altında, Grand Avenue və Vigus Plus modelləri ilə müştərilərə yüksək keyfiyyətli və münasib qiymətə avtomobillər təqdim edilir. Bu yolsuzluq avtomobil həvəskarları və eləcə də istehsal, tikinti və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər üçün əla bir fürsətdir. Qeyd edək ki, JMC modellərinə 5 və ya 150.000 km istehsalçı zəmanəti verilir.
IMotors MMC Haqqında
2023- cü ilin iyununda təsis edilən şirkət, təqdim olunan yeni modelləri ilə avtomobil alıcılarana əlverişli şərtlərlə geniş seçim imkanı və yüksək keyfiyyətli nəqliyyat vasitələri təqdim edir. Müştərilər üçün tam əlçatan olmağı hədəfləyən şirkət avtomobil satışı ilə yanaşı, avtomobillərin servis xidmətini, ehtiyat hissələrinin və EV şarj cihazlarının satışı təmin edir.
Ünvan: Babək Pr. 38 A,
Telefon +994 10 232 77 13
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
12 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
13 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
