Bu bankın hər işçisinə 222 min manat mənfəət düşüb
"PAŞA Bank" ASC (PAŞA Bank Azərbaycan) 2023-cü ili 271 milyon 551 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2022-ci illə müqayisədə 3,2 dəfə (218.3%) çoxdur. Bank 2022-ci ili 85 milyon 319 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-nin 2023-cü ilin nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransında bildirilib.
“PAŞA Bank”da hər işçiyə düşən mənfəət göstəricisi 222 min manat civarında olub (2022-ci ildə 77 min manat civarında). Bu rəqəm hesablanan zaman 2023-cü ildə Bankın orta hesabla işçi sayı əsas götürülüb.
31 dekabr 2023-cü il tarixində “PAŞA Bank”də çalışanların sayı 1262 nəfər olub (2022-ci ilin sonunda 1150 nəfər). Ötən il Bankın işçilərinin sayı 112 nəfər artıb.
2023-cü ildə "PAŞA Bank" tərəfindən 401 nəfər işə qəbul olunub.
“PAŞA Bank”ın işçilər üzrə xərcləri 2022-ci ildə 62 milyon 96 min manat ikən, 2023-cü ildə 95 milyon 605 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
23 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib










.jpg)





