Ölkəmizdə IX dəfə Milli Marketinq Forumu (MMF2024) keçiriləcək!
(®) “Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə IX dəfə keçiriləcək Milli Marketinq Forumu ölkəmizdə marketinq sektorunun inkişafında 2013-cü ildən etibarən öz töhfəsini verir. “Bilik Təcrübədə Tamamlanır” konsept mesajı ilə 28-29-30 iyun 2024-cü il tarixində keçirilicək forum uzun illərin dəyişməz müzakirəsi olan “nəzəriyyə, yoxsa praktika?” sualına ən optimal formada cavab tapmağa çalışacaq. Həmçinin suala seçim etmək məcburiyyəti müstəvisindən deyil, birgə fəaliyyət prizmasından yanaşaraq “bilik təcrübədə tamamlanır” deyəcək.
İndiyədək tədbirdə ümumi 250+ spiker, moderator və 3000+ şirkətdən əməkdaşlar iştirak etmişdir. Bu il 2 gün fiziki iştirak (offline) və 1 gün tam online formada Meta platformada keçirilməsi planlaşdırılan tədbirdə ümumi 9 panel üzrə 50-dək spiker, 6 keynote spikerin çıxışı planlaşdırılır.
Tədbir dünyada hiper-rəqabət mühitində fəaliyyət göstərən bizneslərin, eləcə də dövlət qurumlarının fəaliyyətini səmərəli, effektiv təşkil etməyə və bu istiqamətdə baxış bucağımızı dəqiq müəyyənləşdirməyə imkan verəcək. MMF2024 Azərbaycanın biznes və marketinq sferasında fəaliyyət göstərən qərarverici şəxslər və fikir öndərlərinə ev sahibliyi edəcək.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici məşhur şirkətlərin top menecerləri, departament rəhbərləri, sahibkarlar, Kommunikasiya, Marketinq, PR, Satış, İnnovasiya bölmə rəhbərləri və menecerlər tədbirin əsas hədəf auditoriyasıdır.
Builki forumda “Çevik Marketinq Strategiyaları”, “Data və İstehlakçı Davranışı”, "Rəqəmsal Marketinq», "Yeni Media və PR", "Satış və Ticari Marketinq", "Rəy Liderləri", "Təhsildə Marketinq və PR", "Sosial Media və Kreativ", "Marketinq Kommunikasiyaları və Reklam" panelləri üzrə spikerlərin çıxışı və sual-cavab əsasında müzakirə planlaşdırılır.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu/
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















