"Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir" - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
MARJA həmin müsahibəni təqdim edir.
Müxbir: Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?
Prezident İlham Əliyev: Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.
Müxbir: Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?
Prezident İlham Əliyev: Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.
Müxbir: COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?
Prezident İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.
Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınıza görə çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
29 d. əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 31 d. əvvəl
-
39 d. əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
51 d. əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
-
1 saat əvvəl
“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir

Macarıstan Fransa şirkətindən qaz alacaq

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
Ən çox oxunanlar

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb
