“USTA MƏNƏM!”- Holcim şirkəti ölkənin ən yaxşı ustalarını Peşəkar ustalıq müsabiqəsində iştirak etməyə dəvət edir
(®) Holcim şirkəti qürur hissi ilə “USTA MƏNƏM!” müsabiqəsinin başlandığını elan edir. Müsabiqə Azərbaycanda suvaq və hörgü işlərində 2024-cü ildə ölkənin ən peşəkar ustasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Müsabiqənin əsas tərəfdaşı Azad İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Peşə Təhsili Mərkəzidir.
Bu maraqlı müsabiqə yerli peşəkarlar arasında qabaqcıl sement materialları və innovativ qarışıqlar haqqında bacarıq və məlumatlıarın inkişafına dəstək vermək məqsədi daşıyır.
Müsabiqədə ölkənin bütün bölgələrindən olan ustalar QR kod vasitəsilə onlayn ərizəni dolduraraq və özləri haqqında qısa videonu +99451 250 80 65 (WhatsApp) nömrəsinə göndərməklə qeydiyyatdan kecərək iştirak edə bilərlər. Təşkilatçılar tərəfindən təsdiq zəngindən sonra qeydiyyat tamamlanacaq.
Müsabiqə iki mərhələdən ibarətdir: ölkənin 14 rayonunda keçiriləcək seçim mərhələsinə 400- dən cox usta qatılacaq. Hər mərhələnin 2 yaxşı nəticəsi Bakıda kecirilən final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsinə cıxan 28 iştirakçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq.
Hər bir mərhələdə tapşırıqlar peşəkarlıq, sürət, dəqiqlik və səliqəlilik tələb edir. İşlər kərpicdən arakəsmə divarların tikilməsi və suvaq işlərindən ibarətdir. Texniki tapşırığın şərtləri yerinə yetirmək üçün Holcim sementi və quru qarışıqlardan istifadə ediləcək.
Müsabiqədə iştirak edən bütün iştirakçılara və ziyarətçilər qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin qalibi isə avtomobilinin sahibi olacaq. Bundan əlavə, ustalara müsabiqə zamanı istifadə olunan tikinti materialları, o cümlədən Holcim şirkətinin kisə sementi və yeni “Tector” quru qarışıqları çeşidi təqdim olunacaq.
Holcim hər kəsi bu maraqlı müsabiqədə iştirak etməyə dəvət edir, çünki Usta Sənsən! raflı məlumat üçün www.holcim.az saytına daxil olun və ya *1010 nömrəsi ilə təşkilatçılarla əlaqə saxlayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
2 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda























