Birjalarda son vəziyyət
ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri bu həftə ön planda olacaq və bazarların yaxın müddətli istiqamətini müəyyən edə bilər. Bu arada, pərakəndə satış məlumatları və bəzi iri pərakəndə satıcıların qazanc hesabatları iqtisadiyyatın əsas yönləndirici gücü olan istehlak xərclərinin gücünə dair yeni ipucları verəcək. Böyük Britaniyada da yaxından izləniləcək iqtisadi məlumatlar açıqlanacaq.
İnflyasiya rəqəmləri
İnvestorlar bu həftə ABŞ-da CPİ və PPİ məlumatlarını gözləyərkən, aylardır davam edən güclü inflyasiyanın FED-in bu il faiz dərəcələrini azaltmayacağı qorxusuna səbəb olmasından sonra, qiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamət axtaracaqlar.
Bu ayın əvvəlində FED sədri Cerom Pavel Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmaq istədiyini bildirsə də, həmçinin, ABŞ-ın son məşğulluq hesabatı əmək bazarında yavaşlama əlamətləri göstərdiyi üçün faiz endirimi ehtimallarını dəstəkləsə də, açıqlanan Şəxsi Xərclər İndeksi və Səxsi Xərclərin Qiymət İndeksi göstəricilərinin artımla dərc olunması bazarların bu proqnozlarını bir qədər ertələməsinə səbəb oldu.
Analitiklər çərşənbə günkü əsas CPI hesabatında inflyasiyanın illik 3.6% artım göstərəcəyini ehtimal edirlər ki, bu da üç ildən çox müddətdə ən kiçik artım olacaq.
Ancaq proqnozlaşdırılandan daha yüksək inflyasiya rəqəmləri, ehtimal ki, ilin qalan hissəsində faiz dərəcələrinin azaldılmayacağı ehtimalını dəstəkləyəcək və valyuta birjalarında rallini yenidən alovlandıracaq.
Cari həftə ərzində inflyasiya göstəricilərindən savayı, Amerikada dərc olunacaq İdxal Qiymətləri İndeksi, İxrac Qiymətləri İndeksi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Filadelfiya FED Məşğulluq İndeksi, Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Sənaye İstehsalının Həcmi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazar iştirakçıları həmçinin çərşənbə axşamı FED sədri Cerom Pavelin çıxışı zamanı Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.
EUR
Ötən həftə üfüqi tendensiya ilə yadda qalan EURUSD məzənnəsi həftə ərzində 1.0790 həddini test etsə də, burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəlik şamını 1.0720 səviyyəsində tamamladı.
Bu həftə Almaniyada açıqlanacaq ZEW Cari Vəziyyət İndeksi, ZEW İqtisadi Həssaslıq İndeksi və İstehlak Qiymətləri İndeksi göstəriciləri və Avrozonada Ümumdaxili Məhsulun Həcmi kimi statistik rəqəmlər avronun valyuta birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
Böyük Britaniyadan iqtisadi rəqəmlər
Keçən həftə İngiltərə Mərkəzi Bankı (BoE) faiz qərarını açıqladı. Bank rəsmilərindən ikisinin faiz endirimini dəstəkləməsinə baxmayaraq, birjalarda bankın növbəti iclasında ilk endirimin gəlib-gəlməyəcəyi və ya bank üzvlərinin daha uzun müddət gözləyib gözləməyəcəyi ilə bağlı fikir ayrılığı yaşanır.
BoE-nin iyunun 20-də keçiriləcək növbəti iclasından əvvəl iki dəfə rəsmi məşğulluq məlumatları və iki dəfə inflyasiya rəqəmləri açıqlanacaq.
Çərşənbə axşamı günü təqdim ediləcək iki məşğulluq hesabatından birincisi, əmək haqqı artımlarının qiymət təzyiqlərini artırdığını göstərən əlamətlər üçün yaxından izləniləcək.
İqtisadçılar, bonuslar istisna olmaqla, orta həftəlik qazancın birinci rübdə illik 5.9% artacağını ehtimal edirlər. Proqnozlar güclü artıma işarə etsə də, maaş artımının yavaşladığını göstərəcək nəticələr, ehtimal ki, iyun ayında faiz endirimi ehtimallarını dəstəkləyəcək.
Ötən həftəyə 1.2540 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2590 həddini test etsə də, burada müqavivətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2445 səviyyəsində tamamladı.
“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
NEFT
Ötən həftə “Brent” nefti 0.2% dəyər itirib, “WTI” isə 0.2% bahalaşıb.
Birləşmiş Ştatlarda faiz dərəcələrinin daha uzun müddət yüksək qala biləcəyi ehtimalları neft qiymətlərinə təzyiq göstərib, çünki yüksək faiz dərəcələri ümumiyyətlə iqtisadi fəallığı yavaşlatır və neftə tələbi zəiflədir.
Güclənən ABŞ dolları digər valyutalardan istifadə edən alıcılar üçün dollarla ifadə olunan malları da bahalaşdırıb.
Ümumi güclü yay səyahət mövsümü yaxınlaşsa da, ABŞ-ın yanacaq ehtiyatlarının artması neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Lakin dərc olunan məlumatların Çinin aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə daha çox neft idxal etdiyini göstərməsindən sonra, qiymətlər cümə axşamı yenidən bir qədər bahalaşıb.
Ötən həftəyə 83.40$ həddindən başlayan “Brent” nefti 85.20$-a kimi bahalaşmış, lakin burada müqavimətlə qarşılaşaraq yenidən 82.45$-a kimi ucuzlaşmışdı. Həftənin sonuna doğru ABŞ-da neft ehtiyyatlarının kəskin azalması fonunda neftin qiyməti 83.40$-a kimi bahalaşmışdı.
Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Ötən həftəyə 2301$ səviyyəsindən başlayan və 2378$ səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda 2291$-a kimi ucuzlaşsa da həftəlik şamını 2360$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Buğalar” qiyməti 2360$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








