Quru sərhədlər bağlı olduğundan, Bakı hava limanı "bayram edir"
Bakı aeroportunda 2024-cü ilin aprel ayında sərnişin axını 50% artıbBu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 570 minə yaxın sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Marja.az-a daxil olmuş məlumata görə, bu isə 379 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur.
Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3% xarici aviaşirkətlərin, 45,7%-i isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 280 mindən çox, milli aviadaşıyıcı isə 236 min sərnişinə xidmət göstərib.
Naxçıvan istiqamətində bu ilin aprel ayında daşınan sərnişinlərin sayı 30% artaraq - 52,7 min nəfər təşkil edib. 2023 və 2024-cü ilin aprel ayının göstəricilərini müqayisə etdikdə bu marşrut üzrə reyslərin sayı 152-dən 266-yə yüksəlib.
Bununla yanaşı, tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Ötən ilin aprel ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 85% artaraq 28 min nəfər təşkil edib.
Beləlikdə, 2024-cü ilin ilk 4 ayında Bakı hava limanında 41,3% çox - 2 milyondan artıq sərnişinə xidmət göstərilib. Qeyd olunan dövr ərzində hava limanından populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, “Turkish Airlines”, “Ajet”, “Aeroflot”, “Rossiya Airlines”, “Air Arabia”, “Wizz Air Abu Dhabi”, “FlyDubai”, “Georgian Wings”, “Indigo”, “Qatar Airways” və digər aviaşirkətlər tərəfindən bu marşrutlar üzrə 1 milyon 178 mindən çox sərnişin daşınıb.
Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib ki, bu da sərnişinlərə daha çox səyahət seçimi imkanı təqdim edib. Bu aviaşirkətlər tərəfindən cari ilin ilk 4 ayı ərzində 8494 reys yerinə yetirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








