Azər Türk Bank daha bir filialını istifadəyə verdi
(®) Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.
Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiziki şəxslərə və kiçik və orta biznes sahiblərinə bütün növ bank xidmətləri göstərən “Sumqayıt KOB ofisi və Rəqəmsal filialı”nı müştərilərinin ixtiyarına verdi.
Müasir tipli bu yeni ofis şəhərin Heydər Əliyev prospekti, 208C ünvanında yerləşir.
Bankın digər rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda fiziki şəxslərə müxtəlif növ kreditlər və ödəniş kartlarının əldə edilməsi, depozit yerləşdirilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir.
Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətində olacaq. Burada müştərilər təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.
KOB ofisi olaraq burada kiçik və orta biznes nümayəndələrinə bizneslərini inkişaf etdirmək və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kreditlər təklif edilir.
Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)




.jpg)








