“AzerGold” şirkətinin qızıl hasilatı kəskin artıb
“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin yanvar-mart aylarında 11.5 min unsiya qızıl, 25.5 min unsiya gümüşün hasilatı həyata keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2%, gümüş hasilatı planı isə 1% artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58%, gümüş hasilatında 25% artıma nail olunub.
Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin 1-ci rübü ərzində 6.6 min unsiya qızıl, 23.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25.2 milyon manat vəsait cəlb edilib.
1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 213 milyon 911 min manata çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.
Qeyd edilib ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 10%, satışda isə 3% daha artıq hədəfdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 37 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)







.jpg)





