Bank Masallıda filialını açdı
Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, Masallı şəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialının açılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyə inklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davam etdirir.
Bu genişlənmə AccessBank-ın ölkə daxilində, xüsusən də cənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərmək missiyasında mühüm addımdır.
Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətinin genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına uyğundur.
“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri peşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank 2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı. Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı planlaşdırırıq”, - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Masallı filialının açılması AccessBank-ın yerli əhaliyə keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma vasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin və davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





