Neft alan ölkələri qorxudan proqnoz!
Dünyanın ən böyük neft istehsalçılarından biri olan Venesueladakı siyasi və iqtisadi xaos neft bazarlarındakı ən böyük geosiyasi risk kimi görünür.
"Marja" xəbər verir ki, 30 milyon əhalisi olan Venesuelada siyasi gərginliyin getdikcə artması çevriliş ola biləcəyi ehtimlını artırıb. Ölkənin 70 faiz olaraq görülən iflas riskinin baş verməsi halında ilin ikinci yarısında neftin qiymətlərinin 80 dollara çıxa biləcəyi proqnozları verilir.
Venesuelada dörd aydır ki, davam edən hadisələrdə 120d-dən çox adam ölüb və minlərlə insan həbs olunub. Dövlət bşçısı Nikola Maduronun bütün gücü əlində cəmləşdirəcək konstitusiya dəyişiklikləri etməsi uğurlu olsa belə, iqtisadi çöküşü dayandırmasının mümkün olmadığı bildirilir. Ən böyük çətinlik isə ölkənin, ilin ikinci yarısında ödəməsi lazım olan 5 milyard dollarlıq borcdur. Bunun bir qismini dövlət istiqraz vərəqələri, mühüm bir qismini isə dövlət nəzarətindəki enerji şirkəti PDVSA-nın ödəmələri təşkil edir.
"Wall Street Journal" qəzetində yer alan bir xəbərə görə, ölkənin gələcək 12 ayda iflas etməsi ehtimalı 70% olaraq görülür. Analitiklər ölkənin istiqraz vərəqələrində defolta düşməsinin, ölkənin təcrid bir iqtisadiyyatı olduğundan dolayı böyük bir effekt yaratmasının gözlənmədiyini, ancaq ən böyük sarsıntının neft bazarlarında baş verəcəyini bildirirlər.
Venesuelanın gündəlik neft hasilatı 1.9 milyon barreldir. Bu rəqəm demək olar ki, son 3 ildə dünyadakı təklif artıqlığına bərabərdir. Bu səbəbdən ölkənin neftinin bazardan çıxması ilə neft qiymətlərinin qalxacağı proqnozlaşdırılır. Ölkənin borclarını neftlə ödəməsi halında ixracın zərbə alacağı ifadə olunur.
"RBC Capital Markets"dən Helima Croft, neft qiymətlərinin bir neçə ay ərzində 60 faiz artaraq 70-80 dollara çıxa biləcəyi proqnozunu verib. Croft, ölkənin istehsal gücünü artırması ehtimalı olmadığını və ölkənin iflas etməsi halında qiymətlərin kəskin şəkildə qalxacağını deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







