Laçında ilk dəfə “Şampinyon” və “İstiridye” göbələk sortları becərilir
Laçında, Zerti aqro-sənaye parkında fəaliyyətə başlayan müəssisələrdən biri də göbələk təsərrüfatı üzrə ixtisaslaşıb. Laçında ilk sayılan təsərrüfatda “Şampinyon” və “İstiridye” göbələkləri becərilir. Bu günə qədər burada 6 tondan çox məhsul istehsal olunub.
“Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Laçında yaradılan göbələk təsərrüfatı iki ədəd çadır tipli istixanadan ibarətdir və ümumi sahəsi 230 kvadratmetrə bərabərdir.
Təsərrüfat noyabr ayından fəaliyyət göstərir. İstixanaların illik gücü, ümumilikdə, 50-60 tona bərabərdir. Məhsulun satışı əsasən Laçında həyata keçirilir. Təsərrüfatda çalışanlar da elə Laçın sakinləridir.
Konteyner tipli istixanalardan fərqli olaraq, çadırların sökülüb köçürülməsi daha asandır. İstixanalarda göbələyin yetişməsi üçün zəruri olan havalandırma və nəmləndirmə sistemi qurulub. Beləcə, Laçında yeni “Fungi Fresh” göbələk brendi təqdim olunur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 21 d. əvvəl
- 30 d. əvvəl
-
47 d. əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğan: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı




















