OPEC-ə daxil olmayan ölkələr də neft hasilatını azaldacaq - QƏRAR
Rusiya və bir neçə digər OPEC (Neft ixrac Edən Ölkələr Birliyi) üzvü olmayan ölkə, Şənbə günü Vyanada keçirilən iclasında neft hasilatını gələn il ərzində gündəlik 600,000 bareldən daha çox miqdarda azaltmaq qərarına gəliblər. "Marja" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
OPEC-in iki həftə əvvəl neft hasilatını gündə 1.2 milyon barrel azaltmaq məsələsində razılaşmasından sonra 15 il ərzində ilk dəfə OPEC-ə üzvü olmayan ölkələr də razılığa gəlmiş oldular.
Venesuelanın energetika naziri Eulogio del Pine toplantı öncəsi, "OPEC üzvü və OPEC üzvü olmayan cəmi 25 ölkəni neft bazarında sabitlik təmin etmək və neft qiymətlərini uyğun bir səviyyəyə gətirmək naminə bir araya gətirməyi bacardıq" deyib.
Rusiya, neft hasilatını gələn il ərzində gündə 300,000 barrel azaltmaq barədə planlarını bəyan etmişdi. Rəsmi bir açıqlama verilmədən əvvəl adlarını vermək istəməyən bir neçə nümayəndənin açıqlamasına görə, Qazaxıstan da təəccüblü bir şəkildə istehsalı mötədil miqdarda azaltmağı vəd edib.
Neft qiymətləri, OPEC-in 8 il ərzində ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəldiyini açıqlamasından bu yana 15%-dən çox artıb və bu həftə bareli 55 dolların üzərinə çıxıb.
NATİQ ƏLİYEV: HASİLAT 558 MİN BAREL AZALDILIR
OPEC-ə üzv olmayan ölkələr gündəlik neft hasilatını 558 min barel azaldılmasına dair razılığa gəliblər. Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən
Bunu energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib. Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.
AZƏRBAYCAN HASİLATI 35 MİN BAREL AZALDIR
“Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb”, - deyə nazir qeyd edib.
Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib: “OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 19 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
1 saat əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
2 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
Ən çox oxunanlar
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti





.jpg)







.jpg)






