Əqli Mülkiyyət Agentliyində yeni xidmət yaradılacaq
Bəzi mətbuat orqanlarında Əqli Mülkiyyət Agentliyinin nəzdində olan “Milli Təlim Mərkəzi ləğv olunur” başlıqlı məlumatlar dərc olunub.
Agentlik bildirir ki, “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti (MMC) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin 2021-ci il 16 dekabr tarixli qərarına əsasən Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə yaradılmışdır.
Hazırda isə Təlim Mərkəzinin işini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə onun bazasında yeni Xidmətin yaradılması barədə qərar qəbul olunmuşdur.
Yeni Xidmət Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqularının Təminatı Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. Xidmət öz işini Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyası tərəfindən verilən tövsiyələrə uyğun qurmaqla yanaşı həm bu təşkilat, həm də sahə üzrə digər qabaqcıl beynəlxalq və milli qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Aparılan islahatlar tədrisin keyfiyyətini artırmağa, daha geniş auditoriyanı əhatə etməyə imkan verəcək.
Xidmət tərəfindən “Əqli mülkiyyətə giriş”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar”, “İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar”, “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” və bir sıra digər mövzularda təlim kursları keçiriləcək. Kursları müvəffəqiyyətlə başa vuranlar müvafiq sertifikatlar alacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







