EBRD Şimali Makedoniya və Serbiyaya TAP vasitəsilə qaz tədarükü üçün kredit ayıracaq
Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şimali Makedoniyaya və Yunanıstandakı LNG terminallarına təbii qaz tədarükünü şaxələndirmək, həmçinin Serbiyaya “mavi yanacaq” təchizatını təmin etmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şimali Makedoniyanın “NOMAGAS” dövlət şirkətinə 98,6 milyon avro məbləğində dövlət zəmanəti ilə kreditin ayrılmasını planlaşdırır.
EBRD-nin yaydığı məlumata görə, bankın Direktorlar Şurası kredit vəsaitini aprelin 24-də təsdiqləyə bilər. Layihənin ümumi dəyəri 140,19 milyon avro təşkil edir.
Maliyyə vəsaiti Yunanıstan ilə 100 % hidrogenin nəqlinə hazır olan təbii qaz interkonnektorunun (66 kilometr; şəbəkələrarası birləşmə) və Şimali Makedoniyada iki qaz kəmərinin - Qostivar-Kiçevo (34 kilometr; 1-ci hissə) və Sveti Nikole-Velesin (28 kilometr; 2-ci hissə) inşası üçün istifadə olunacaq.
“Bu investisiya Şimali Makedoniyaya təbii qaz tədarükünə imkan verəcək. Bununla 2030-cu ilə qədər kömürlə işləyən mövcud istilik elektrik stansiyaları istismardan çıxarılacaq və bərpa olunan enerjiyə keçid sürətləndiriləcək. Bundan başqa, 1,7 GVt bərpa olunan enerjidən istifadə ediləcəyi və nəticədə 2030-cu ilə qədər istixana qazı emissiyalarının 82 % azalacağı gözlənilir. Üstəlik, bu layihə ilə kommersiya və mənzil sektorlarında havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.
Bu layihədə həmçinin hidrogenin istifadə edilməsi 100 % hazırdır və bu, aşağı karbonlu həllərin bazarlara çıxarılmasına mane olmur. Bu layihə təbii qaz tədarükünü 4,5 dəfə (indiki 0,8 milyard kubmetrdən 3,6 milyard kubmetrə qədər) artırmaqla özəl sektor müəssisələrinin rəqabət qabiliyyətini artıracaq. Bununla “mavi yanacağ”ın qiyməti də aşağı düşəcək. Nəticədə bu, daha aşağı qiymətə tədarüklər yolu ilə enerji sektorunun dekarbonizasiyasına töhfə verəcək”, - EBRD-nin məlumatında qeyd olunub.
Xatırladaq ki, 2023-cü ilin iyununda Şimali Makedoniya həssas insanların və icmaların müdafiəsini təmin edəcək “Ədalətli keçid” adlı yol xəritəsi qəbul edib. Bu, İqlim İnvestisiya Fondları (CIF) tərəfindən dəstəklənir. Bununla əlaqədar, EBRD ölkədaxili platformanın yaradılması üçün Şimali Makedoniya hökuməti və digər tərəfdaş qurumlarla birgə bəyannamənin hazırlanması və imzalanmasına yardım göstərib.
Şimali Makedoniyanın Ətraf Mühit və Fiziki Planlaşdırma Nazirliyi isə hələ 2021-ci ilin yanvarında interkonnektorun inşasına icazə verib.
Qeyd edək ki, hər iki boru kəməri (Qostivar-Kiçevo və Sveti Nikole-Veles) şəxsi torpaqlardan istifadənin minimuma endirilməsinə imkan yaradacaq.
EBRD Şimali Makedoniyanın təbii qaz nəqli sisteminin inkişafının texniki və enerji dayanıqlılığının qiymətləndirilməsi, hərtərəfli ekoloji və sosial qiymətləndirmə, baza planı daxil olmaqla, layihənin hazırlanmasına yardım göstərmək üçün Səhmdarların Xüsusi Fondundan 216 min avro məbləğində yardım səfərbər edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
38 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 52 d. əvvəl
-
58 d. əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
























