SABAH.HUB ilk dəfə “University Demo Day” tədbirini keçirib - FOTOLAR
(®) 15 fevral 2024-cü il tarixində “SABAH.HUB” çətiri altında yer alan SABAH.academy platforması çərçivəsində ilk “University Demo Day” tədbiri keçirilib.
Ekosistemin investor və startaplarını birləşdirən Baku ID tədbirinin son 2 ildə baş tutan uğurlu nəticələrindən sonra bu il yenidən həyata keçirilməsi gözlənilir. “University Demo Day” Baku ID tədbirlər silsiləsinə aiddir.
Tədbirin əsas məqsədi SABAH.academy tələbələrinin sahibkarlıq ruhunu inkişaf etdirməklə yanaşı, əsas nəaliyyətlərini tərəfdaşlara nümayiş etdirməkdir. Beləliklə, bu tədbir sadəcə bir yarışma olmağa deyil, gələcək sahibkarlar nəslini yetişdirmək və həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə yönəlmişdir.
“University Demo Day” tədbirinin baş sponsoru qismində “Code Academy”, sponsorlar kimi isə “Baku Electronics” və “Uniwork” şirkətləri yer alıb.
Təqdimat zamanı çıxışlar dörd universitet (BDU, AzTU, UNEC SABAH qrupları və DİA) tələbələrinin iştirakı ilə baş tutmuşdur. İki turdan ibarət olan yarışmaya ümumilikdə 19 komanda qoşulmuşdur, final mərhələsinə isə beş komanda yüksəlmişdir. Sonda 5 komanda arasından üçü qalib elan edilmişdir, qalib komanda üzvləri SABAH.academy tərəfindən sertifikatlarla və aşağıdakı hədiyyələrlə təltif olunmuşdur.:
-1-ci yerin qalibi – UNEC SABAH qruplarının “Xeyir” komandası, baş sponsor
“Code Academy” tərəfindən bütün komanda üzvlərinə ödənişsiz təhsil imkanı.
-2-ci yerin qalibi – UNEC SABAH qruplarının “HireFire” komandası, sponsor
“Baku Electronics” tərəfindən bütün komanda üzvlərinə 300 AZN-lik hədiyyə kuponu.
-3-cü yerin qalibi – BDU-nun “EduWiz” komandası, sponsor “UniWork” tərəfindən bütün komanda üzvlərinə çalışma zonasından 2 aylıq ödənişsiz istifədə fürsəti.
Tədbirdə 200-dən çox qonaq iştirak edib. Qonaqlar qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmiləri, həmçinin ali təhsil müəssisələrinin, sponsorların, aparıcı şirkətlərin və startap ekosisteminin bir sıra nümayəndələri yer almışdır.
Qeyd edək ki, SABAH.academy Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. SABAH.academybir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək, onları hər kəs üçün əlçatan edir.
SABAH.academy platformasının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.comveb-saytına keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb


















.jpg)


.jpg)
