Daha 7 şəxsə “Startap” şəhadətnaməsi verildi - ADLARI
İndiyədək KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə 130 “Startap” şəhadətnaməsi verilib.2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri 7 KOB subyektinə təqdim edilib. Bununla da indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilmiş “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb.
Marja.az Agentliyə istinadən xəbər verir ki. “Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, "Cybersign" MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, "Oneplusone" MMC-nin həvəskar idmançılar üçün onlayn platforma, "Eattable" MMC-nin onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi), "İni.az" MMC-nin logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı, "Food Lab" MMC-nin restoran idarəetmə platforması və fərdi sahibkar Şəmistan Əlizadənin şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
- 33 d. əvvəl
-
54 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA

















.jpg)
