Bakıda yeni iri əyləncə mərkəzi açıldı - QİYMƏTLƏR
Bakıdakı "Dreamland" kompleksində yeni "Dream Trampoline" əyləncə mərkəzinin və "Dream body Athletic club & Spa" mərkəzinin açılışı olub.
Marja.az-ın məlumatına görə, “Dream Trampoline” "hamını əyləncədən göylərə uçuracaq məkan" kimi təqdim olunur. Bura kiçikdən böyüyə hər kəsin özünə uyğun əyləncəni tapa biləcəyi, eləcə də maraqlı vaxt keçirəcəyi məkandır.
“Dream Body Athletic Club & Spa” isə sağlamlığınız və rahatlığınız üçün düşünülmüş xidmətlərin bir yerdə toplandığı məkandır.
Hər iki mərkəz Suraxanı r., Zığ Şossesi, H.Əliyev Adına Hava Limanı yolu 22-ci km ünvanındakı "Xəyal Adası" kompleksində yerləşir.
Qeyd edək ki, "Dreamland Golf Villas & Residences" Abşeron yarımadasında, hava limanına 5 dəqiqəlik, şəhərin mərkəzinə isə cəmi 20 dəqiqəlik məsafədə yerləşir. Bu, 66 hektar qolf sahəsini əhatə edən, 330 hektarlıq ərazidə inşa edilmiş şəhərcikdir. "Dreamland Golf Villas & Residences" yüksək keyfiyyətli infrastruktura malik, ərazisində 234 villa və 382 mənzil, qolf akademiyası, qolf sahəsi, qolf hoteli, Sabis Sun® Beynəlxalq məktəbi, Bazarstore supermarketi, restoranlar, açıq hava və qapalı tədbir məkanları, idman zalı, trampolin əyləncə mərkəzi, tennis, futbol, voleybol, basketbol və uşaq meydançaları, yaşıl parklar və göllər olan premium şəhərcikdir.
“Dream Trampoline” əyləncə mərkəzinin açılışa özəl qiymətləri:
1 saat əyləncənin qiymətləri:
Trampoline: 10 - 20 manat
Yumuşaq oyunlar: 8 - 15 manat
2 saat əyləncənin qiymətləri:
Trampoline: 13 - 25 manat
Yumuşaq oyunlar: 10 - 20 manat
Limitsiz əyləncənin qiymətləri:
Trampoline: 18 - 35 manat
Yumuşaq oyunlar: 13 - 25 manat
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
20 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























