Azərbaycan şirkəti nəhəng Rusiya şəbəkəsi üçün eksklüziv marka ilə şokolad istehsalına başlayıb
Rusiyanın “X5 Group” şirkəti, bütün ölkə üzrə 20 mindən çox mağazaya sahib olan "Пятёрочка" şəbəkəsi üçün eksklüziv şokolad markasının Azərbaycanın “Ulduz” Şokolad Fabrikində istehsalı ilə bağlı razılaşma əldə edib.Veysəloğlu Şirkətlər Qrupu Rusiyanın pərakəndə sektorundakı böyük şirkətlərindən olan “X5 Group” üçün yeni eksklüziv şokolad markasının istehsalına başlayıb.
Marja.az-ın əldə etdiyi məlumata görə, Veysəloğlu Şirkətlər Qrupunun istehsal müəssisələrindən biri olan “Ulduz” Şokolad Fabrikində istehsal olunan eksklüziv şokolad markası “Milla Vanilla”, Rusiyanın 66 regionunda fəaliyyət göstərən "Пятёрочка" şəbəkəsinə aid mağazalarda təqdim olunmağa başlayıb.
Ölkənin 66 regionunda fəaliyyət göstərən “X5 Group”, “Ulduz” Şokolad Fabrikinin texnologiyasını və istehsal qabiliyyətini yüksək qiymətləndirərək, Rusiyada bütün ölkə üzrə 20 mindən çox mağazaya sahib olan "Пятёрочка" şəbəkəsi üçün eksklüziv şokolad markasının bu müəssisədə istehsalı ilə bağlı razılaşma əldə edib.
Əməkdaşlıq müqaviləsinə görə, "Milla Vanilla” adı ilə istehsal olunan bar şokoladın ilk partiyasının şirkətin Rusiya Federasiyasında fəaliyyətdə olan bütün regionlardakı mağazalarına çatdırılmasına start verilib.
Qeyd edək ki, “Ulduz” Şokolad Fabriki İlgiltərənin Pərakəndə Ticarət Birliyi tərəfindən verilən, Qida Təhlükəsizliyi Standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə, həmçinin Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı olan ISO 9001, İSO 22000 sertifikatına sahibdir.
“Ulduz” markalı məhsullar Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları istehsal edir. Fabrikdə şokolad Almaniya, Belçika və İtaliyada istehsal olunmuş ən müasir texnologiyalardan istifadə edilərək hazırlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)


.jpg)



