Çinin əhalisi 2023-cü ildə də azalmaqda davam edib
Çinin əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb.Çinin əhalisinin sayı 2023-cü ildə azalmaqda davam edib.
Marja.az Çin Milli Statistika Bürosunun (UIB) məlumatına istinadən xəbər verir ki, 2022-ci ildə 1 milyard 411 milyon nəfər olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyon nəfərə qədər azalıb.
Beləliklə, 2022-ci ildə başlayan ölkə əhalisinin azalması tendensiyası 2023-cü ildə də davam edib.
Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalmışdır.
Doğum səviyyəsi 1949-cu ildən bəri ən aşağı səviyyədədir
Çində 2023-cü ildə 9,02 milyon körpə doğulub və doğulanların sayı 9,56 milyon körpənin dünyaya gəldiyi 2022-ci illə müqayisədə 5,6 faiz azalıb.
Doğum nisbəti milli qeydlərin aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə enərək min nəfərə 6,39 olub. Çində doğum nisbəti 2022-ci ildə min nəfərə 6,77-yə düşmüşdü.
2023-cü ildə ölkədə 11,1 milyon ölüm qeydə alınıb. Ölüm nisbəti hər min nəfərdə 7,87-yə yüksəlib. 2022-ci ildə ölüm nisbəti min nəfərdə 7,37 idi.
Ötən illə müqayisədə ölüm hallarının sürətlə artması diqqəti cəlb edib. Çin hökuməti 2022-ci ilin sonunda Covid-19 tədbirləri ləğv edildikdən sonra virusla əlaqəli ölümlərin sayını açıqlamağı dayandırıb.
Ekspertlərin fikrincə, Çin uzunmüddətli demoqrafik dəyişikliklə üz-üzədir ki, onun əhalisi tədricən qocalacaq və əmək qabiliyyətli əhalinin payı getdikcə azalacaq.
2016-cı ildən bəri əhalinin artım tempinin azaldığı Çində önümüzdəki illərdə əhalinin daha sürətlə azalacağı təxmin edilir.
Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edərək, ilk olaraq 2016-cı ildə uşaq sahibi olma limitini 2-yə qaldırıb, daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyini qəbul edib.
Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətlərə baxmayaraq, yeni nəsillər iqtisadi inkişafın yavaşlaması və uşaqların yaşaması və böyüdülməsi xərclərinin artması səbəbindən uşaq sahibi olmaqda tərəddüd edir.
Hindistan əhalisinin Çini ötdüyü təxmin edilir
Təxminlərə görə, Çinin əhalisi azalarkən, Hindistan "dünyada ən çox əhalisi olan ölkə" kimi Çini geridə qoyub.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin dərc etdiyi təhlildə Hindistanda rəsmi siyahıyaalma olmasa da, bu il ölkə əhalisinin 1 milyard 425 milyon nəfərə çataraq Çini keçdiyi qeyd edilmişdi.
Təşkilatın “Dünya Əhalisi Proqnozları 2023” hesabatında Çin əhalisinin 2023-cü ildə “mütləq azalma dövrünə” daxil olacağı, Hindistan əhalisinin artmağa davam edəcəyi və dünyanın ən çox əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılırdı.
Hesabatda Çinin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyon nəfərə enəcəyi təxmin edildiyi bildirilib.
Əhalinin artım tempinin mənfiyə enməsinin əhalinin qocalması ilə birlikdə gələcəkdə Çinin işçi qüvvəsi potensialının azalmasına gətirib çıxaracağı və bunun iqtisadiyyata təsirlərinin hiss olunacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
10 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
11 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























