Türk Hava Yolları daşıdığı sərnişinlərin sayını açıqladı
Türk Hava Yolları 2023-cü ilin dekabrında 10,1% artımla 6,1 milyon sərnişin daşıyıb.Türk Hava Yolları (THY) ötən il və dekabr ayı üzrə sərnişin və yük daşıma nəticələrini açıqlayıb.
Marja.az Şirkətə istinadən xəbər verir ki, daşınan sərnişinlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1% artaraq 6,1 milyon nəfər təşkil edib.
Daşınan beynəlxalq sərnişinlərin sayı 2022-ci ildəki 2,2 milyondan, bu dövrdə 19 faiz artaraq 2,6 milyona çatıb.
2023-cü ilin dekabr ayı ərzində daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 137,9 min tondan 15,8% artaraq 159,7 min tona çatıb.
2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ildə daşınan sərnişinlərin ümumi sayı 16,1% artaraq 83,4 milyon nəfər olub.
Beynəlxalq daşımalarda sərnişinlərin sayı 2022-ci ilin eyni dövründəki 23,4 milyondan 27,1% artaraq 29,8 milyona çatıb.
Bu dövrdə daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 1,68 milyon tondan 1,2% azalaraq 1,66 milyon tona düşüb.
2023-cü ilin dekabr ayının sonuna Türk Hava Yollarının donanmasındakı təyyarələrin sayı 440 ədəd olub.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)


