Kapital Bank-ın sponsorluğu ilə mühəndislik və sahibkarlıq konfransı keçirildi
(®) Kapital Bank-ın baş sponsorluğu ilə “Açıq mənbə sahibkarlığı konfransı” baş tutdu. Konfransın məqsədi süni intellekt və açıq mənbə texnologiyası ilə məşğul olan peşəkarları, bu sahəyə marağı olan şəxsləri, texnologiya həvəskarlarını və sahibkarları bir araya gətirmək idi.
“GOUP” Könüllülər İcmasının təşkil etdiyi tədbirdə 150-dən çox iştirakçı ilə birlikdə süni intellekt, açıq mənbə texnologiyaları və sahibkarlıq mövzusunda geniş müzakirələr aparıldı, təqdimatlar nümayiş olundu. Mühəndislik və sahibkarlıq istiqamətlərində panel müzakirələrin və fərdi çıxışların da baş tutduğu konfransda 35 məruzəçi iştirak etdi.
İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)




.jpg)







