Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başlayıb
Karvan öz əyləncəli şousu ilə bayram sevincinə həyəcan qatır(®) Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” bu il də Azərbaycanda səfərdədir. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin bayram sevincinə həyəcan qatır.
Karvan 25 dekabr Gəncə, 26 dekabr Qəbələ, 27 dekabr İsmayıllı, 28 dekabr Lənəkran şəhərlərinə səfər edib. Karvanın növbəti dayanacaqları Sumqayıt və Bakı şəhərləri olacaq. Belə ki, Karvan 29 dekabr Sumqayıt, 30 dekabr Bakı şəhər sakinlərinin görüşünə gələcək.
Coca‑Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin bu il Yeni İlə həsr edilən kampaniyasının əsas mövzusu xeyirxahlıqdır: “Hər il olduğu kimi bu il də Coca-Cola Yeni İl Karvanı ilə insanlara xoşbəxt anlar bəxş edir. Yeni İl Karvanı ilə insanlara xeyirxahlıq mesajını yenidən xatırladır. İnanırıq ki, Karvan insanlara xoş anlar, əyləncə, sevinc bəxş edəcək. Fürsətdən istifadə edib Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə də təbrik edirəm”.
Bildirək ki, Coca‑Cola-nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. Coca-Cola “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.
Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır və şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























