Coca-Cola Azərbaycan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının tərəfdaşıdır
(®) Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə həyata keçirilən “Soyuq Əllər, İsti Ürək” 2023-2024 xeyriyyə yarmarkasının tərəfdaşlarından biridir.
Artıq 10 ildən çoxdur ki paytaxtda təşkil edilən yarmarka müxtəlif əyləncələr və təamları ilə qonaqlarına əsl bayram ab-havası bəxş edir. Coca-Cola-nın “Şaxta Baba evi” və ikonik şam ağacı isə yarmarkaya xüsusi rəng qatır.
Yarmarka ümumilikdə 64 böyük və 20 balaca evlə yanaşı, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, Qrinç evi, kiçik köşklər, müxtəlif tematik guşələrlə zəngindir.
Yarmarkanın sonunda toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
Coca‑Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, 1920-ci ildən bəri Yeni İl bayramı Coca-Cola üçün xüsusi məna kəsb edir: “Coca-Cola üçün Yeni İl bayramı çox önəmlidir. Yeni İl bizim üçün xoş günlər, əyləncə, xoşbəxt anlardır, amma eyni zamanda xeyirxahlığa çağırış fürsətidir. Elə buna görə də Yarmarkanın tərəfdaşı olmaq qərarına gəldik. Yarmarka vasitəsilə bütün Coca-Cola sevənləri xeyirxahlığa qoşulmağa dəvət edirik”.
Qeyd edək ki, bundan əlavə Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” da Azərbaycana səfəri ilə bayrama həyəcan qatır. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin görüşünə gəlir.
Xatırladaq ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 15 yanvar 2024-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
19 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















