ABŞ-a köçməyi arzulayanlar oxusun - gəlirlər və xərclər
ABŞ-da orta hesabla bir ailənin illik gəliri və aylıq xərcləri nəzərə alındıqda, ölkənin ən bahalı şəhərinin San Fransisko olduğu ortaya çıxıb.
"Marja" xəbər verir ki, ABŞ maliyyə xidmətlər şirkəti "GoBankingRates", ölkənin 50 ən iri şəhərində orta hesabla xərclənən pulları, bu şəhərlərdəki mənzil qiymətlərini, kirayə haqqı və zəruri xərcləri müqayisə edib.
"GoBankingRates"in məlumatlarına görə, ABŞ-ın ən iri 50 şəhərinin 39-unda, ailələrin illik gəlirinin, sözügedən mənzil xərcləri və zəruri xərclərindən aşağı olması diqqəti çəkib.
Məlumatlara görə, Kaliforniya ştatının San-Fransisko şəhərində orta hesabla bir ailənin rahat yaşaya bilməsi üçün illik 110 min dollar (187 min manat) xərcləməsi lazımdır. Şəhərdə ailələrin illik ortalama gəliri isə 81 min 200 dollarla bu səviyyədən aşağıdır.
ABŞ-ın texnologiya nəhənglərindən Apple və Google-ın baş ofislərinin olduğu San-Fransisko körfəz bölgəsində aylıq kirayə haqqı orta hesabla 4 min 500 dollara çatır, ev qiymətləri isə orta hesabla 1 milyon 200 min dollar səviyyələrindədir.
Ölkənin maliyyə mərkəzi olaraq qəbul edilən Nyu Yorkda isə orta hesabla bir ailənin rahat yaşaması üçün illik 86 min 400 dollara ehtiyac duyulur. Nyu-Yorkda ailələrin illik ortalama gəliri isə 53 min 300 dollardır.
ABŞ-ın ən böyük 500 şirkətinin 50-dən çoxunun yer aldığı, 8,5 milyon əhalisi olan Nyu-Yorkda aylıq kirayə haqqı orta hesabla 2 min 700 dollara çatır, mənzil qiymətləri orta hesabla 775 min dollar ətrafındadır.
ABŞ-ın ən yüksək xərcli şəhərləri ardıcıllığında üçüncü yeri Miami və Los Anceles tutur. Hər iki şəhərdə orta hesabla bir ailənin illik yaşayış xərci 76 min dollara çatır, ailələrin illik ortalama gəliri Miamidə 31 min dollar, Los Ancelesdə isə 50 min dollar səviyyəsindədir.
Dünyaca məşhur çimərlikləri olan Miamidə aylıq kirayə xərci orta hesabla 4 min 500 dollar olarkən, ev qiymətləri isə orta hesabla 439 min dollar səviyyəsindədir.
Hollivuda ev sahibliyi edən Los Ancelesdə isə aylıq kirayə qiyməti orta hesabla 4 min dollara yaxınlaşarkən, mənzil sahibi olmaq üçün təqribən 725 min dolları cibdən çıxarmaq lazımdır.
Ən ucuz şəhərlərdən ikisi Texasdadır
Digər tərəfdən, ABŞ-da orta hesabla bir ailənin rahat yaşaması və eyni zamanda qənaət etməsi üçün ölkənin daha az populyar şəhərlərini seçim etməlidir.
ABŞ-ın ən böyük 50 şəhəri arasında Texas ştatının El Paso şəhəri aşağı xərc və ucuz mənzil qiymətləri ilə önə çıxır.
El Pasoda bir ailənin yaşaması üçün orta hesabla illik 40 min dollar xərcləməsi yetərli olur. Çünki, şəhərdə əhalinin illik ortalama gəliri 42 min 800 dollar səviyyəsindədir.
El Pasoda aylıq kirayə haqqı orta hesabla 1100 dollar, ev qiymətləri isə orta hesabla 155 min dollardır.
Dünyanın ən böyük stadionlarından 80 min nəfərlik "AT&T Stadium"un olduğu Texas Ştatının Arlinqton şəhərində isə bir ailənin ortalama gəliri, illik xərcindən xeyli çoxdur.
İllik ortalama gəlirin 53 min 300 dollar olduğu Arlinqtonda, xərc illik 46 min 400 dollardır. Bu şəhərdə bir ailə rahat yaşaya bilər.
Arlinqtonda aylıq kirayə haqqı orta hesabla 1500 dollar olarkən, orta hesabla 199 min dollara mənzil sahibi ola bilərsiniz.
Qənaətə ən əlverişli şəhər: Virciniya Beach
Virciniya ştatının ən şərqində Atlantik Okeanı sahilindəki Virciniya Biç (Virginia Beach) şəhəri isə ABŞ-ın ən böyük 50 şəhəri arasında ən çox qənaət etməyə əlverişli şəhər olaraq qarşıya çıxır.
Virciniya Beach-də illik ortalama gəlir 66 min 600 dollar olarkən, ailələrin illik xərcləri orta hesabla 52 min 600 dollar təşkil edir. Beləliklə, bir ailə ayda orta hesabla 14 min dolların üzərində yığa bilər.
Virciniya Beachdə aylıq kirayə qiyməti 1600 dollar ikən, orta hesabla 280 min dollara mənzil sahibi ola bilərsiniz.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 36 d. əvvəl
-
51 d. əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb












.jpg)







